Hindistan “Agni-II”ni sınaqdan keçirdi - VİDEO

05:20 17-11-2019 348

Hindistanda “Agni-II” orta radiuslu ballistik raketi uğurla sınaqdan keçirilib.

Bu barədə ölkənin strateji qüvvələri komandanlığının nümayəndələri məlumat verib.

Nüvə döyüş başlığı daşıya bilən bu raket Şərq Orissa ştatının ərazisinə aid olan Əbdul Kamal adasındakı poliqondan iki min kilometr məsafəyə buraxılıb.

Qeyd edilir ki, “Agni-II” təlim hədəfini yüksək dəqiqliklə vurub.