Ermənistanda xüsusilə ağır cinayətlərin sayı artıb

11:00 17-11-2019 363

Ermənistan Milli Statistika Komitəsi ölkədə xüsusilə ağır cinayətlərin 30% artdığını açıqlayıb. 

Ermənistan KİV xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr ayında ölkədə 18865 cinayət faktı qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 17673 olub. 

Statistikaya əsasən, bu ilin doqquz ayı ərzində Ermənistanda silahın tətbiqi ilə törədilən xuliqanlıq faktları da 50% artıb. 

Bundan başqa, mülkiyyət əleyhinə cinayətlərin də artdığı qeyd edilib.