Azərbaycan millisinin üzvündən baxımlı qol - VİDEO

12:00 17-11-2019 529

Azərbaycan millisinin üzvü Eddi İsrafilov İspaniyanın “Albasete” klubunun heyətində ilk qolunu vurub. 

HerGun.Az xəbər verir ki, onun “Saraqosa”nın qapısından keçirdiyi top oyunda yeganə və həlledici olub. 

E.İsrafilov qarşılaşmanın əsas vaxtına artırılmış dördüncü dəqiqədə baxımlı qola imza atıb.

Samir İsayev