Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var
19:00 17-11-2019 370
Qubada iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba şəhəri ərazisində baş verib.
“Priora” markalı avtomobillə VAZ-2107 markalı avtomobil toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.