Ronaldu bu futbolçunu “Yuventus”da görmək istəyir

01:40 18-11-2019 415

Kriştiano Ronaldu “Real Madrid”in ulduzu Kərim Benzemanı “Yuventus”un heyətində görmək istəyir.

“Don Balon”un məlumatına görə, Ronaldu “Real”da çıxış edərkən Kərimlə birgə oynamaqdan zövq alırdı. İndi də Ronaldu Benzemanı Turin klubunda göstəricilərini daha da yaxşılaşdırmaq üçün istəyir.

Lakin “Real”ın baş məşqçisi Zidanın Benzemadan imtina etmək fikri yoxdur. Çünki Benzema bu mövsüm çox yaxşı çıxış edir.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın heyətində çıxış edir. Onun müqavilə müddəti 2021-ci ildə bitir.