Qəzadan qaçmaq istədi, alınmadı

02:20 18-11-2019 341

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə Kürdəxanı yolu, Qaçqınlar şəhərciyində baş verib. 

1983-cü il təvəllüdlü Nəbiyev Elmin Niftalı oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşısına nəqliyyat vasitəsi çıxıb. E.Nəbiyev toqquşmanın baş verməməsi üçün avtomobili kənara çəkməyə çalışan zaman idarəetməni itirərək qəza törədib.

Nəticədə xəsarət alan E.Nəbiyev xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli