“Əhlaq keşiyində”: Moskva metrosunda Madonnanın sinəsini parça ilə örtdülər – FOTO

05:40 18-11-2019 490

Moskva metrosunun “Rimskaya” stansiyasında yerləşən “Madonna körpə ilə” heykəli vandallar tərəfindən zədələnib.

RİA Novosti” xəbər verir ki, vandal mavi parçanı rəssam Leonid Berlinin əl işi olan heykəlinə mismarlayıb.

Bununla da o, kompozisiyanın lüt olan hissələrini bağlayıb. Lakin “əhlaq keşikçisi” hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Moskva metropolteninin mətbuat xidmətindən bildiriblər ki, sənət əsərinə ciddi ziyan dəyib və o restavrasiyaya göndərilib.