Kişi arvadını Bakıda boğub öldürdü, Gəncədə təslim oldu

10:00 18-11-2019 539

Bakıda qətl hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kəlbəcər rayonunda qeydiyyatda olan, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabrat qəsəbəsində kirayədə yaşadığı evdə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saat 3-də şəxsi münasibətlər zəminində boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva