Bu ərazilərdə işıq olmayacaq

11:20 18-11-2019 337

Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

HerGun.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nn mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat vetib. 

O bildirib ki, bu gün 35/6 kv-luq y/stansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Digah və Mehdiabadın bəzi ərazilərində saat 12:00-dan 15:00-a qədər elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranacaq. 

Könül Cəfərli