Gəncədə ər arvadını vəhşicəsinə döydü

21:40 18-11-2019 394

Gəncədə ər arvadını döyüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Azadə Orucova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, qadın baş və bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər alıb və travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.