Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töfhəsindən danışdı

03:00 19-11-2019 592

İŞİD liderinin məhv edilməsi ona yaxın terrorçunun Türkiyə tərəfindən tutulmasından sonra mümkun olub.

Cumhuriyet” qəzetəsi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib.

“Biz əl-Bağdadiyə yaxın olan İtxavini tutduq və onu İraqa təhvil verdik. O terrorçuların başçısının harada gizləndiyini açıqladı”, - deyə Çavuşoğlu qeyd edib.  

Xatırladaq ki, oktyabrda ABŞ prezidenti Donald Tramp əl-Bağdadinin öldürülməsi haqqında bəyan edib. Onu Suriyann İdlib vilayyətində amerikalı xüsusi təyinatlıların əməliyyatı zamanı məhv edildiyi bildirilir.