İtaliya Ermənistanı darmadağın etdi – 9:1 – VİDEO

05:00 19-11-2019 469

AVRO-2020-nin seçmə mərhələsinin son turunda “J” qrupunda İtaliya millisi Ermənistan yığmasını qəbul edib.

HerGun.Az xəbər verir ki, Palermoda keçirilən görüşdə “skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.

Ev sahiblərinin heyətində İmmobile və Dzanyolo dubl ediblər, Barella, Romanoli, Jorjinyo, Orsolini və Federiko Kieza hərəyə bir dəfə fərqləniblər.

Son dəfə İtaliya millisi 71 il əvvəl rəqib qapısından 9 top vura bilib: bunu italyanlar 1948-ci ildə London Olimpiadasında ABŞ yığması ilə görüşdə ediblər (9:0).

Roberto Mançinin yetirmələri ardıcıl 10-cu qələbə ilə AVRO-2020-nin seçmə mərhələsində 100 faizlik nəticəyə imza atıblar, qol sayları isə 37:4 olub.