Şeydayev rəsmən “Dinamo”da

18:09 02-07-2019 829

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Moskva “Dinamo”suna keçidi rəsmiləşib.

Bu barədə “Dinamo”nun rəsmi “Tvitter” səhifəsində məlumat verilib.

23 yaşlı hücumçu ilə müqavilə bu gün imzalanıb.

Müqavilənin müddəti bir ildir.

Qeyd edək ki, R.Şeydayev bundan əvvəl Rusiyanın “Krılya Sovetov” klubunda oynayıb. O, burada 20 oyunda dörd qol (ikisi penaltidən) vurub, bir məhsuldar ötürmə verib.