Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü
19:20 19-11-2019 428
Salyanda qadın dəm qazından boğularaq ölüb.
HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında Salyan şəhər Tale Davudzadə küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1992-ci təvəllüdlü Zəkirə Bədəlova hamamda çimərkən dəm qazında boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.
Meyit aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.