Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO

21:20 19-11-2019 382

Gömrükdən qaçaqmalçılıq yolu ilə siqaret keçirmək istəyən şəxs yaxalanıb. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Mercedes-Benz 200D” markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. 

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, kinoloji xidməti itin tətbiqi ilə avtomobilin yoxlanması zamanı arxa oturacaqların içərisində və yük yerində 14800 ədəd “King” markalı siqaret aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.