Tərtərdə Rusiya vətəndaşı hamamda boğulub öldü

22:00 19-11-2019 372

Tərtər rayonunda bədbəxt hadisə baş verib. 

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kədində qeydə alınıb. 

Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır.