FTX-nin əməkdaşı sərxoş halda barda dava saldı və döyüldü – VİDEO

05:20 20-11-2019 522

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlısı Moskvanın “Vinnıy bazar” barında döyülüb.

Davanı əks etdirən video Baza portalında yerləşdirilib.

Kadrlardan göründüyü kimi, barda sərxoş kişilər arasında mübahisə yaranır, sonra isə dava düşür. Haqq-hesabı çürütmək üçün onlar küçəyə çıxırlar. Bu zaman dava edənlərdən biri möhkəm zərbə alaraq yerə yıxılır və qalxmır.

Məlumata görə, döyülən FTX-nin xüsusi təyinatlılar mərkəzinin kapitanıdır. O kəllə-beyin zədəsi ilə FTX-nin hospitalına yerləşdirilib.