“Qalatasaray” Ukraynalı hücumçulara göz tikib

07:40 20-11-2019 540

Türkiyənin “Qalatasaray” futbol klubu Belçika “Gent”ının forvardı Roman Yaremçuku və Kiyev “Dinamo”sunun vingeri Viktor Tsıqankovu almaq niyyətindədir.

Fotomac” xəbər verir ki, Türkiyə klubunun skautları Yaremçukun oyununu Ukrayna-Serbiya matçında seyr ediblər.

2:2 hesabı ilə bitən qarşılaşmada hücumçu qolların birinin müəllifi olub.

Qeyd edək ki, “Qalatasaray” Yaremçukla əvvəl də maraqlanıb. Ukraynalı cari mövsümdə klubunun və çillinin heyətində 25 oyun keçirib və 17 qol vurub.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim digər ukraynalı Viktor Tsıqankov ilə də maraqlanır. Yaxın vaxtlarda məşqçinin 22 yaşlı hümumçu barədə qərar verəcəyi gözlənilir.