İsrail hərbi təyyarələri Dəməşqi atəşə tutdu

08:00 20-11-2019 444

İsrail hərbi aviasiyası Suriya ordusuna və İslam İnqilabı Keşikçilərinin “Əl-Qüds” batalyonuna məxsus mövqelərə hava zərbələri endirib.

TASS xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidməti bildirib.

Hava zərbələri İranın Suriyada yerləşən qüvvələri tərəfindən İsrail ərazisini raket atəşinə tutmasına cavab olub. Qeyd olunur ki, hava zərbələri “yer-göy” tipli raketlərin anbarlarına və hərbi bazalara endirilib.

Daha əvvəl Suriya KİV-ləri ölkənin havadan müdafiə qüvvələrinin Dəməşq səmasında bir neçə raketin məhv edilməsi haqqında məlumat veriblər.

Qeyd edək ki, ötən gecə Suriya ərazisindən İsrailin nəzarəti altında olan Holan yüksəkliklərinə raket atəşi baş verib.