Gəncədə 37 yaşlı qadın itkin düşdü

09:40 20-11-2019 354

Gəncə şəhərində qadın itkin düşüb.

HerGun.Az xəbər verir ki, hadisə şəhərin üçüncü mikrorayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılova Aynur Arzu qızı noyabrın 13-də, səhər saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun qardaşı müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva