Azərbaycanda boşananların sayı artıb - RƏSMİ

14:40 20-11-2019 350

Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.

HerGun.Az xəbər verir ki, boşanananların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.

Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə düşən nikah sayı eyni olsa da, boşanmaların sayı 1,5-dən (14 857) 1,7-yə qədər artıb.

Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir. 

Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb. 

Könül Cəfərli