Ananın gözünün qabağında azyaşlı qızını qaçırdılar - VİDEO

16:40 20-11-2019 562

ABŞ-ın Texas ştatında səkkiz yaşlı qız uşağının oğurlanma anı kameralara düşüb.

Bu barədə “Daily Mail” xəbər verib.

Qarşı tərəfdəki otelə quraşdırılan müşahidə kameralarından görünür ki, bir qadın qaçaraq kömək istəyir.

Şahidlərin sözlərinə görə, 51 yaşlı Maykl Ueyb uşağı elə küçədən avtomobilə mindirərək qaçırıb.

Polislər dərhal işə qarışırlar və bir neçə saatdan sonra canini tapırlar.