Bakıda məşhur restoranda yanğın - FOTO

00:00 21-11-2019 417

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb. Yanğının sahəsi genişləndiyindən restoranın elektrik enerjisi dayandırılıb.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovların ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Kamil Əmirli

Elşad Mətləboğlu