Bakıda 2 avtomobil toqquşub, 4 nəfər yaralanıb
01:40 21-11-2019 353
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
“Volkswagen Passat” markalı avtomobil yol-hərəkəti qaydasını pozaraq dönmə əməliyyatı etmək istəyib. Bu zaman qarşıdan gələn “Daewoo” markalı nəqliyyat vasitəsi ona çırpılıb.
Hadisə zamamı “Volkswagen”də olan 4 nəfər - 1967-ci il təvəllüdlü Quliyeva Səkinə Malixan qızı, 1989-cu il təvəllüdlü Həziyev Anar Şahin oğlu, 1991-ci il təvəllüdlü Kazımov Firuz Namiq oğlu və 2000-ci il təvəllüdlü Məmmədova Günel Şahin oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu