Sabunçu rayonunda piyada vurulması ilə nəticələnən iki qəza baş verib - FOTO

03:20 21-11-2019 353

Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən iki yol qəzası hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki. hadisələrdən biri Maştağa qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Miryaqubova Lamiyə Ağazeynal qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona burunun sınığı diaqnozu qoyulub.

Digər hadisə isə Balaxanı qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Məmmədov Elşad Həmid oğlunu “Mercedes” markalı avtomobil vurub. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu