Yollarda sürət həddi endirildi
10:40 21-11-2019 459
Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
HerGun.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.