İcra başçısı özünə lüks avtomobil aldı - FOTO

12:40 21-11-2019 466

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov özünə dəyəri 250 min manat olan avtomobil alıb.

Unikal.org xəbər verir ki, R.Babaşovun aldığı 99 FF 099  dövlət nömrə nişanlı, “Rang Rover” markalı avtomobil öz adınadır. Maşını R.Babaşov özü idarə edir. 

Qeyd edək ki, Azərbaycanda icra başçılarının vəzifə maaşları 1500-1925 manat arasında dəyişir.