Gəncədə Maliyyə Şöbəsinin əməkdaşı komaya düşdü - Keçmiş kürəkəni itələyib

23:40 21-11-2019 391

Gəncədə ailə münaqişəsi zəminində gənc qadın komaya düşüb.  

HerGun.Az xəbər verir ki, ilkin məlumata görə, 1998-ci il təvəllüdlü Validə Qəmbərova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.  

Məlum olub ki, o, bacısının keçmiş nişanlısı ilə mübahisə edib. Bu vaxt kişi onu itələyib.  

V.Qəmbərovanın vəziyyəti ağır qiymətləndirilir. Bildirilib ki, komaya düşən gənc qadın Kəlbəcər Rayon Maliyyə Şöbəsinin əməkdaşıdır.  

Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır.