Qobuda 33 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

00:20 22-11-2019 622

Bakının Qaradağ rayonunda döyülmə hadisəsi baş verib. 

APA xəbər verir ki, Qobu qəsəbəsində yerləşən “Elmar” marketin yaxınlığında 1986-cı il təvəllüdlü Həbibov Emin İmran oğlu naməlum şəxslərlə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.