Sürücü vurduğu qadını xəstəxanaya çatdırdı, vəziyyəti ağırdı

02:00 22-11-2019 365

Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.  

Bəxtiyar adlı sürücü idarə etdiyi “Haval” markalı minik avtomobili yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Haqverdiyeva Aygün Əlizamin qızını vurub.  

Hadisəni törədən Bəxtiyar adlı şəxs yaralını xəstəxanaya çatdırıb.  

A.Haqverdiyevaya qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu