“Mercedes”in vurduğu 50 yaşlı kişi ağır vəziyyətdədir

08:20 22-11-2019 340

Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Ramana sovxozunda qeydə alınıb.

99-EJ-378 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən təxminən, 45-50 yaşlı naməlum kişini vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəsarət alan şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu