İlham Əliyev və Vladimir Putinin görüş vaxtı müəyyənləşdi

21:20 22-11-2019 504

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edərkən azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyinə ümid bəslədiyini deyib.

RİA-nın məlumatına görə, Putin həmçinin qeyd edib:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”.

Bundan əlavə, Mehriban Əliyeva Putinə İlham Əliyevin salamlarını yetirərək əlavə edib.

“Azərbaycan Respublikası Prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”.