Boris Conson Londondakı mülkünü satdı

00:00 23-11-2019 651

İngiltərənin Baş naziri Boris Conson Londandakı evini satıb.

İslinqtonda yerləşən ev 6 ay əvvəl satışa qoyulub.

Onun mülkü 4,8 milyon dollara (təx.8,144.000 azn ) satdığı bildirilir.Lakin sövdələşmə hələ dövlət mülkiyyət sənədlərinə daxil edilmədiyindən, alıcının kimliyi məlum deyil.

“Mansionglobal”ın xəbərinə görə, Baş nazir bu mülkü 2009-cu ildə həyat yoldaşı Marina ilə birgə alıb.

Qeyd edək ki, onlar keçən il boşandıqlarını elan ediblər.