Narazı azarkeşlər futbolçularla əlbəyaxa oldular – VİDEO

04:00 24-11-2019 497

Rusiyanın “Fakel” futbol klubunun azarkeşləri “Nijni Novqorod”a qarşı ev oyunu bitən kimi meydana qaçaraq, yerli komandanın futbolçularına hücum ediblər.

FML-nın 25-ci turunun Voronijdə “Fakel” və “Nijni Novqorod” arasında keçirilən oyunu qonaqların 2:0 hesabı ilə qələbəsi ilə bitib.

FML-nın saytında yerləşdirilən videodan görünür ki, final fiti çalındıqdan sonra bir neçə azarkeş meydana qaçaraq “Fakel”in futbolçuları ilə davaya cəhd ediblər. 

Stadionun diktoru biabırçılığı dayandırmaq çağırışı ilə müraciət etməli olub. Dava yalnız stüard və polis əməkdaşlarının müdaxiləsindən sonra sakitləşib.