Kanada Ukraynaya 45 milyon dollar yardım edəcək

05:18 03-07-2019 594

Kanada hökuməti altı ildə Ukraynaya 45 milyon dollar yardım edəcək.
 
TASS xəbər verir ki, bu Kanadanın baş naziri Castin Tryudo Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünün nəticələrindən bəlli olub.
 
Bu məbləğdən 25 milyon dollar demokratik islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.
 
Castin Tryudo ümidvar olduğunu bildirib ki, ayrılacaq vəsait vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələcək.
 
Onun sözlərinə görə, Ukraynada qərb ölkələrinin dəstəyi ilə aparılan islahatlar nəticəsində dövlət quruluşunun müxtəlif sahələrində müsbət dəyişikliklər mövcuddur.
 
Xüsusilə, baş nazir Zelenskinin tam demokratik şəraitdə keçirilən seçkilər nəticəsində prezident seçildiyini qeyd edib.