Aygün Kazımova bu suallara cavab tapana eynəklərini hədiyyə edəcək - VİDEO

15:00 24-11-2019 576

Xalq artisti Aygün Kazımova Amerikada çəkdirdiyi “Ehtiyacım var” klipində istifadə etdiyi eynəklərini pərəstişkarlarına bağışlayacaq.

HerGun.Az xəbər verir ki, bu barədə Kazımova şəxsi “İnstagram” hesabında elan yayımlayıb:

“Bir çoxları yazır ki, klipinizdəki eynəkləri mənə hədiyyə edin. Sizə mənim qarderobumdakı bütün eynəklər qurbandır. Yazdığınız şərhləri bir-bir oxuyuram. Bu səbəbdən müsabiqə etmək qərarına gəldim. Sizə 3 sualım var:

1) Klipdə neçə kadrda mən yoxam?

2) Klipin hansı yerləri Azərbaycanda çəkilib?

3) Mahnının hansı sözləri mənə daha çox təsir edir?

Bu suallara doğru və tez cavab verən 2 şəxs eynəklərimi məndə hədiyyə alacaq”.

Qeyd edək ki, “Ehtiyacım var” bəstəsini ekranlaşdıran Aygün Kazımovanın klipindəki tərəf müqabili dünya şöhrətli dizayner Rüfət İsmayıl olub.

Rəşad Əliyev