“Slivki” qrupunu üzvü: Emin Ağalarovdan duet təklifi gəlsə, bu şansı əldən vermərəm - ÖZƏL MÜSAHİBƏ+FOTO

23:00 24-11-2019 500

Rusiyanın məşhur “Slivki” qrupunun üzvü Karika Koks paytaxtımızın qonağı olub.  

HerGun.Az xəbər verir ki, “Addım Gənclər Təşkilat”ının dəvəti ilə Bakıya gələn sənətçi sevilən və hit mahnılarını “Road Safety Festivale”da səsləndirib.  

Karina ifasından sonra HerGun.Az saytına özəl müsahibə verib.  

Bakı ilə bağlı təəsüratlarına bölüşən pop ulduz şəhərimizə beş il öncə bir dəfə də gəldiyini vurğulayıb: 

“Uzun zaman idi ki, Bakıya gəlmirdim. Bura gəlib dostlarımla görüşmək, hər gün daha da gözəlləşən və dəyişən şəhərinizi görmək istəyirdim. Hər bura gəlişimdə Bakını tanımıram. Azərbaycan günü-gündən çiçəklənir. Bulvarınızda gəzərkən Bakını Qafqazın Parisi kimi təsəvvür etdim. Şəhəriniz çox müasirdir. Burdakı gənclərin rus dilindən çox ingilis dilini bilmələri və bu dilə daha çox önəm vermələrini olduqca müsbət qiymətləndirirəm. Demək, ölkəniz Avropaya daha yaxındır.  

Azərbaycanın mətbəxini çox sevirəm. Ona görə sevirəm ki, yeməklərinizdə müxtəlif növ göyərtilər, tərəvəzlər var. Sizin “Manqal” salatınızı çox bəyənirəm. Restorana gəldiyimdə hansı növ plovu seçəcəyimi bilmədim. Mətbəxiniz plovla o qədər zəngindir ki, ilk dəfə dadına baxdığım və ləzzətindən doymadığım şabadlı aş oldu”.  

Daha sonra Karina Koks rusiyalı həmkarları tərəfindən paytaxtımızda çəkdikləri klipləri yada salıb, onlar kimi burada mahnılarından birini lentə almaq niyyətində olduğunu bildirdi:  

“Həmkarlarım kimi mən də böyük məmnuniyyətlə mahnılarımdan birinə Bakıda klip çəkdirmək istərdim. Paytaxtınızın çox gözəl mənzərəsi var. Bununla yanaşı füsünkar təbiətə isə insan baxdıqca valeh olur. Klip üçün isə sadaladıqlarım vacib amillərdəndir. Bunu üçün isə müəyyən bir mahnı tapmaq lazımdır. Bəlkə də bəstə Azərbaycan dilində oldu, kim bilir?!”.  

“Azərbaycanlı müğənnilərdən kimi tanıyırsız?” sualına rusiyali ulduz “Emin Ağalarovdan başqa təəsüf ki, heç kimi tanımıram” deyərək fikirlərini bu cür davam etdirib:  

“Emini Rusiyada hamı tanınır. Azərbaycan müğənnilərin olduqca gözəl səsə malik olduqlarını bilirəm. “Avroviziya” müsabiqəsində Azərbaycanı layiqincə təmsil edən, güclü vokal imkanlarına sahib olan gənc ifaçılarınız var. Onlar həqiqətən də çox istedadlı və bacarıqlıdırlar. Amma əfsuslar olsun ki, adları yadımda qalmayıb.  

Azərbaycanlı müğənnilərlə duet oxumaq kimi təkliflərə də hər zaman hazıram. Əgər mahnı ürəyimə yatsa, məmnuniyyətlə duet oxumağa hazıram. Emin Ağalarovdan mənə duet təklifi gələrsə, bu şansı əldən verməyəcəm”.  

“Bu il Rusiyanı “Avroviziya-2020” beynəlxalq mahnı yarışmasında müğənni Olqa Buzovanın təmsil edəcəyi ilə bağlı məlumatlar yayılıb. Onun ölkəsinə qalibiyyət gətirməsi nə dərəcə də realdır?” sualına məşhur bu cür münasibət bildirib:  

“Rusiyada Olqanı personaj kimi tanısalar da, Avropada isə vokalçı kimi heç kəs tanımır. Əgər Olqa yarışmaya yaxşı hazırlaşsa, o “Avroviziya-2020”ni fəth edə bilər. Son illərə nəzər yetirsək, görərik ki, müğənnilərdən çox personajlar qalib gəlir. Səhnədə nə qədər parıldasan və qeyri-adi görsənsən, bir o qədər jurinin diqqətini çəkmək və yüksək bal almaq şansın olacaq”.  

Karinaya “Ölkənizi bu cür beynəlxalaq yarışmada təmsil etmək istərdinizmi?” sualını ünvanlamışdıq ki, o, bir neçə il öncə aşağı bal aldığı üçün bu şansı qaçırdığını dilə gətirdi:  

“2012-ci ildə Bakıda “Avroviziya” keçiriləndə, mən yarışmanın seçmə mərhələlərində iştirak etdim. Xallarım çatmadı ki, Rusiyanı mən təmsil edim. Həmin il ölkəmizi müsabiqədə “Buranovskiye babuşki” qrupu təmsil etdi. Onlar səhnədə göstərdikləri maraqlı şou və çıxışları ilə həqiqətən də yarışmaya rəng qatmışdılar”.  

Rəşad Əliyev