Nikol Kidman, Şarliz Teron və Marqo Robbi seksual təcavüz haqqında filmdə - VİDEO

07:00 26-11-2019 573

Nikol Kidman, Şarliz Teron və Marqo Robbinin baş rollarda çəkildikləri “Qalmaqal” filmi dekabrda ekranlara çıxacaq.

Рremyera öncəsi aktrisalar “W Magazine” jurnalına film haqqında danışıblar.

Film real hadisələr əsasında çəkilib. Süjet “Fox News” telekanalı və onun baş direktoru Rocer Eyls haqqındadır.

2016-cı ildə Eyls işçiləri tərəfindən seksual təcavüzdə ittiham olunub və istefa verməyə məcbur olub. Hadisələr Xarvi Vaynşteynin əhvalatından və #MeToo hərəkatından bir il qabaq cərəyan edib.