Tarixdə ən isti iyun ayı bu il oldu

11:36 03-07-2019 788

Ötən ay indiyədək müşahidə aparılan tarix boyunca dünyada ən isti iyun ayı olub.

Independent” xəbər verir ki, bu barədə avropalı mütəxəssislər bildiriblər.

Məlumata əsasən, 2019-cu ilin iyununda havanın temperaturu əvvəlki illərlə müqayisədə yüksək olub.

Belə ki, ötən ay dünyada orta temperatur 2016-cı ildə qeydə alınmış əvvəlki iyun rekordundan 0,1 dərəcə yüksək olub.