Məşhur ağırçəkili pianoçu təyyarədə unitaza ilişdi: “Mən tualetdə ölməyəcəm” - VİDEO

17:40 27-11-2019 527

Rusiyalı rəssam Nikas Safronovun oğlu, pianoçu Luka Zatravkinə təyyarədə uçuş zamanı tualet kabinəsindən çıxmaq üçün ətrafdakıların köməyi lazım olub.

“Ekspress-qazeta” xəbər verir ki, artıq çəkidən əziyyət çəkən 29 yaşlı pianoçu unitazda sıxışıb və sərbəst şəkildə ayağa qalxa bilməyib.

“Mən tualetdə ölməyəcəm”, - Zatravkin qışqırıb.

Bundan sonra sərnişinlər və təyyarə heyəti Zatravkinin əllərindən çəkərək qalxmasına kömək edib.

Hadisə noyabrın 24-də Kazandan Moskvaya uçan təyyarədə baş verib, həmçinin, Zatravkinin başına əvvəllər də bu cür hadisənin gəldiyi qeyd olunub.