Məşhur model zibil vedrəsi və fənərin köməyilə hər kəsi heyran qoydu - FOTO

16:20 28-11-2019 548

Məşhur model Sindi Kimberli əl altında olan əşyaların köməyi ilə çoxsaylı “bəyənmə” gətirən foto çəkdirməyin sirrini bölüşüb.

Bu barədə “Fox News” xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı Kimberli ətrafında olan hər şeydən – hətta zibil vedrəsi və fənərdən ilham ala bilir. Qızın sözlərinə görə, onun həmin gün planlaşdırılan çəkiliş üçün vaxtı olmayıb, bu vaxt o sadə bir “layfhak” xatırlayıb.

Qız ağ çiməkrlik geyiminin üzərindən karkas ətək geyinib və saçlarının  dalğalanması üçün sərinkeşi qurub.

Modelin “Instagram” səhifəsinin izlıyiciləri onun bu ideyasına heyran qalıblar.

Bundan əvvəlki fotosessiyalarda da Kimberli əlinin altındakı vasitələrdən – penoplast, süni güllər və hətta tavana bərkitdiyi adi lentlərdən istifadə etmişdi.