Emin Ağalarov azərbaycanlı sənətçilərin uğurlarından yazdı

14:00 29-11-2019 710

Müğənni və iş adamı Emin Ağalarov öz “Instagram” hesabında hazırda Rusiyada çox məhşur olan Azərbaycan sənətçilərinin uğurları haqqında yazı paylaşıb.

HerGun.Az-ın xəbərinə görə, bu azərbaycanlı musiqiçilər təkcə Rusiyada deyil, eyni zamanda, MDB ölkələrində də tanınırlar.  

Onların “platin” statusu alan bütün mahnıları Rusiyada sosial şəbəkələr vasitəsilə məhşur olan birinci azərbaycanlı musiqiçi Bəxtiyar Əliyev və Azərbaycanın Xalq artisti Emin tərəfindən təsis edilmiş “Zhara Music” musiqi etiketi ilə buraxılır.

“Zhara Music” etiketinin sənətçilərinin təkbaşına “platin” statusu əldə etməsi Eminə də təsirsiz ötüşməyib:

“Əfsanəvi foto. Bu istedadlı və təvazökar adamların uğurlarından qürur duyuram və sevinirəm. Azərbaycanla birlikdə və əbədi”, - deyə onlarla birlikdə şəklini paylaşan Ağalarov yazıb.