Valideynlərindən gizli evə girmək istəyirdi, bacada ilişdi - VİDEO

23:20 29-11-2019 770

Gec gəldiyi üçün valideynlərindən gizlin evinə damdan girmək istəyən britaniyalı qız 2 saatdan artıq bacada qalıb.

Bu barədə “Fox-10” xəbər yayıb.

Bildirilir ki, qız və rəfiqəsi evə gəldikdə qapının bağlı olduğunu görüblər. Gec gəldiyi üçün valideynlərindən çəkinən qız dama çıxaraq içəri bacadan girmək qərarına gəlib. Lakin gözlədiyi kimi olmayıb. Belə ki, lap aşağı hissədə baca tutulu olub.

Bundan sonra panikaya düşən qız nəfəs ala bilmədiyini  və rəfiqəsindən 911-ə zəng etməsini istəyir.

Məlumata görə, xilas ediсilər gələnə kimi qız 90 dəqiqə bacada qalıb, bundan sonra 40 dəqiqə onun üçün xilasetmə əməliyyatı keçirilib.