“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO

03:20 30-11-2019 653

“Fantastik dördlük” filminin yeni bölümlərində MCU kainatının ən güclü superqəhrəmanı görünəcək.

Bu barədə “We Got This Covered” portalı yazır.

Yeni superqəhrəman Rid Riçards və Süsan Stormun oğlu Franklin Riçards olacaq. 

O, yalnız Halk və Tordan deyil, “Marvel”in bütün kosmik canlılarından da güclüdür.

Onun valideynləri şüalanmaya düşürlər və tez bir zamanda aydın olur ki, radiasiya Franklini nəinki mutanta çevirib, həm də ona enerjini idarə etmək qabiliyyəti verib.

Artıq gənc yaşlarında o, kiçik kainatlar yarada, məkanı və zamanı dəyişə və ətrafdakı insanların həyatına və yaddaşına təsir edə bilir.

Bu personajın “Marvel”in digər filmlərində görünə biləcəyi ehtimal olunur.