Şok iddia: Özcan Dənizin ailəsini Aslı Enver dağıdıb

01:00 02-12-2019 509

Məşhur türkiyəli ulduz Özcan Dənizin həyat yoldaşı Fetza Aktandan boşanması xəbərlərində Aslı Enverin adının hallanması sonuncunu özündən çıxarıb.

Türk maqazin xəbərlərində yazılanlara görə, Özcan Dəniz davamlı olaraq həyat yoldaşına Aslı Enveri nümunə göstərirmiş. Bu da onların ailə həyatının laxlamasına gətirib çıxarıb.

 

Özcan Dənizlə Aslı Enverin məşhur teleserialda (“İstanbullu gəlin”) bir-birini dəlicəsinə sevən cütlüyü oynamaları da bu dedi-qodulara əsas verib.

Bundan başqa, Aslı Enverin bu yaxınlarda Murat Bozdan ayrılmasına da ilk reaksiya məhz Özcandan gəlib. O, Aslıya “Hər zaman yanındayam” sözləri yazılmış mesaj göndərib.

Aslı Enver isə söylənilən bütün iddiaları rədd edib. O, özünün sosial media hesabında paylaşım edərək bu sözləri yazıb:

“Səhərdən bəri izlədiyim xəbərlərə çox əsəbiyəm. Üç il ərzində sadəcə iş yoşdaşım olan Özcan Dənizin evliliyinə son qoymaqda ittiham olunuram. Heç bir vaxt belə şey olmayıb və olmayacaq. Çox ayıbdır”.