Hadisə intihara cəhd edən anası ilə barışdı - FOTO

09:20 03-12-2019 501

Türkiyənin məşhur müğənnisi Hadisə anası ilə barışıb.

HerGun.Az xəbər verir ki, uzun müddətdir ailəsi ilə problem yaşayan Hadisə aylar sonra “Instagram” səhifəsində küsülü olduğu anası Gülnihal Açıkgöz ilə çəkdirdiyi şəkli paylaşıb.

Hadisə münsif olduğu “O Səs Türkiyə” yarışmasında ilk dəfə ailəsi ilə problemlərin olduğunu açıqlamışdı. O, bacıları və anası ilə uzun müddətdir danışmırdı.

Qeyd edək ki, Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra bacıları ilə münasibətləri korlanıb.

Kliplərində və konsertlərində bacısı Hülya Açıkgöz ilə birgə işləyən Hadisə bacısının onun icazəsi olmadan haqsız qazanc əldə etdiyini açıqlamışdı.

Sevinc Yasinqızı