Bu gün ATƏT-da Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək

06:20 05-12-2019 451

Cümə axşamı Slovakiyanın paytaxtı Bratislavada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

“RİA Novosti” xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar, dialoq və sabitlik naminə” şüarı ilə keçirilir.

Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin həlli olacaq: müzakirələr Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki vəziyyət haqqında gedəcək.