Millimiz Universiadanın açılış mərasimində

01:09 04-07-2019 805

İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında açılış mərasimi olub.

HerGun.Az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti də açılış yürüşündə iştirak edib.

Keçid mərasimində nümayəndə heyətinin rəhbərliyi, psixoloq, məşqçilər, habelə cüdoçularımız, idman gimnastlarımız və qılıncoynadanlarımız iştirak ediblər.

Qeyd edək ki, bayrağımızı cüdoçu Murad Fətiyev daşıyıb.

Səbuhi MUSAYEV