Rusiyada boru kəmərindən benzin oğurlayan dəstə tutulub

03:18 04-07-2019 869

Rusiyanın FTX-sı magistral boru kəmərlərindən neft məmulatlarını oğurlayan dəstəni zərərsizləşdirib.

Dəstə qanunsuz əməllərini Nijni Novqorod vilayyətində həyata keçirib. Belə ki, cinayətkarlar 12-17 aprel tarixlərində ərazidən keçən magistral boru kəmərinə qoşularaq külli miqdarda benzin oğurlayıb.

FTX-nın Nijni Novqorod üzrə idarəsi “Oğurluq” maddəsi ilə cinayyət işi açıb, istintaq aparılır.