Coşua Ruisi məğlub etdi: 4 çempion kəmərini qaytardı - VİDEO

04:00 08-12-2019 499

Britaniyalı ağır çəkili boksçu Entoni Coşua amerikalı Endi Ruisi bu gün Səudiyyə Ərəbistanında keçirilən revanş görüşündə məğlub edib. 

Döyüş bütün 12 raund sürüb və nəticədə hakimlərin qərarı ilə (118:110, 118:110, 118:110) qələbəni Coşua qazanıb.

Beləliklə, britaniyalı özünə WBO, IBF, WBA və IBO versiyaları üzrə dünya çempionu titullarını qaytara bilib. O, kəmərlərini cari ilin iyun ayında Ruisə məğlub olaraq itirmişdi.

Qeyd edək ki, bu görüşdən sonra Coşuanın hesabında 21-i nakaut olmaqla 23 qələbə və bir məğlubiyyət oldu.